AVAM YERİNƏ QOYMAQ

qarşısındakını xam, zəif, təcrübəsiz, bacarıqsız sayaraq bundan istifadə etməyə çalışmaq

ATMACA ATMAQ
AVARA QOYMAQ
OBASTAN VİKİ
İkimizin yerinə
İkimizin yerinə - Sərənay Sarıqaya və Nəjay İşlərin baş rolda oynadıqları 2016-cı il istehsalı türk dram filmi. Filmin rejissoru Umur Turaqay, ssenaristi Pınar Buluddur. Film Sərənay Sarıqayanın baş rolda çıxış etdiyi ilk filmidir. 21 oktyabr 2016-cı ildə ilk dəfə göstərimə girən film 3 gündə 330 min baxış əldə etmişdir. Filmin çəkilişləri Bursada olmuşdur. Filmin Almaniya premyerası Berlindəki "Cineplex Alhambra" sinemasında, Azərbaycanda isə Bakıda baş tutmuşdur. == Mövzusu == Balaca bir qəsəbədə yaşayan Çiçək özünü anasının təlqin etdiyi həyatda sıxışıb qalmış kimi hiss edəndə qəsəbəyə yenicə gələn ədəbiyyat müəllimi Doğana aşiq olur. Doğan bu yasaq sevgiyə nə qədər dirənsə də, Çiçəkdən uzaq dura bilmir. Halbuki bu sevgi təkcə onların deyil, həm də bir ailənin taleyini dəyişdirəcək.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallara sarğı materialı deyilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. == Sarğıların növləri, onların qoyulması qaydaları == Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir. Yaranın sarınması prosesinə sarğı qoymaq deyilir.
Özünü onun yerinə qoy (film, 1983)
== Məzmun == Filmdə Azərbaycanda rəhbər təşkilatlara ünvanlandırılan zəhmətkeş məktubları ilə işin təşkil olunması məsələsinə toxunulmuşdur. == Festivallar və mükafatlar == 1)1983-cü ildə Kişinyovda gənc kinematoqrafçıların III Ümumittifaq kinofestivalı Mövzunun maraqlı həllinə görə sənədli film Diplom və Moldaviya Jurnalistlər İttifaqının Mükafatına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Davud İmanov Ssenari müəllifi: Cavanşir Məlikov Operator: Ələkbər Muradov Bəstəkar: Eldar Rüstəmov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.